Xəbərlər

Azərbaycanda 10 ayın gəlinindən TÜKÜRPƏDƏN ƏMƏL: gecə saat 3-də…

Masya
Masya
  • 11 Apr 2019
  • 6948 baxış

Ağdaşda dəhşətli intihar hadisəsi baş verib.

XalqTv.com publika.az-a istinadən xəbər verir ki, Ağdaşın Tofiqkənd kəndinin sakini, keçən ilin iyun ayında rayonun Nehrəxəlil kəndinə gəlin köçmüş 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü Türyançaya ataraq intihar edib.

O, ötən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq kənddəki körpüyə gəlib və özünü çaya atıb. 24 yaşlı S.İslamovanın meyiti batdığı yerdən bir qədər aralıda aşkarlanıb.

Bildirilir ki, 10 ay əvvəl Nehrəxəlil kəndinə gəlin köçmüş Səidə İslamova 7-8 aylıq hamilə olub. O, gecə saatlarında yaşadığı evi tərk edərkən heç kimin xəbəri olmayıb.

Gənc qadının intiharının dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR