Xəbərlər

9 Aprel Gürcüstanda matəm günüdür

Masya
Masya
  • 10 Apr 2019
  • 715 baxış


Dünən Gürcüstanda 1989-cu il 9 aprel hadisələrinin 30-cu ildönümü qeyd olunur.

09 aprel 2019-cı il tarixində Gürcüstanin Rustavi şəhəində fəaliyyət göstərən "Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin sədri,ictimai xadim Maya Rəcəbova və kollektivi  hadisə qurbanlarının xatirəsini yad ediblər.  9 aprel qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önünə gül dəstələri qoyulub.

Gürcüstanda aprelin 9-u Müstəqilliyin bərpası günü kimi qeyd olunmaqla yanaşı, azadlıq tələbi ilə keçirilən kütləvi mitinqin qurbanları da yad edilir. Dinc mitinqin sovet qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Şəhidlər ölmür,Şəhidlər unudulanda ölür

Müəllif :

XalqTv-nin muxbiri Əkbərova Jalə


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR