Xəbərlər

İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

Masya
Masya
  • 10 Apr 2019
  • 579 baxış

Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində "SOCAR Aviation" markası ilə qalib gəlib.

XalqTv.com bildirir ki, şirkətdən Trend-ə verilən məlumata gpörə, "SOCAR Türkiye"nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirib. "SOCAR Türkiye" İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə "SOCAR Aviation" markası ilə qalib gəlib. İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

"SOCAR Türkiye"nin ticarət üzrə direktoru Murad Ərdoğan "SOCAR Türkiye"nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini bildirmiş və qeyd etmişdir: "Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı ve Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız "SOCAR Aviation"un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir". SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan Ərdoğan daha sonra demişdir: ""SOCAR Aviation" qurulduğu gündən etibarən çox mühüm fəaliyyətlər göstərmiş, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olmuşdur. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. "SOCAR Türkiye"nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR