Hadisə

Yataqxanadakı yanğında zəhərlənən 1 nəfər xəstəxanaya yerləşdirildi

Masya
Masya
  • 10 Apr 2019
  • 7621 baxış

Bakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğınla bağlı bir nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 34 yaşlı kişi yanğın zamanı tüstüdən zəhərlənib: "Daha bir nəfər tüstüdən zəhərlənən sakinə isə yerində tibbi yardım göstərilib".

Xatırladaq ki, baş verən yanğın nəticəsində 7 nəfərə yerində tibbi yardım göstərilib, 1 nəfər isə özünü binadan atıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR