İsraildə seçkilərin ilkin nəticələri açıqlandı
İsrailin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.
XalqTv/com oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, səslərin 96 faizinin hesablanmasından sonra İsrail baş naziri Benyamin Netanyahunun hakim "Likud" partiyası müxalifətin "Kaxol-Lavan" mərkəzçi blokunu cüzi fərqlə üstələyir.
Netanyahunun partiyası beləcə Knessetdə 37 mandat qazanıb. Benni Qansın (Benny Gantz) başçılıq etdiyi müxalifət bloku isə 36 deputatla parlamentdə təmsil olunacaq.
Bundan əvvəl yayılan ekzit-pol nəticələri isə Qansın qələbə çalacağı ehtimallarını artırmışdı. İlkin nəticələr açıqlanmazdan əvvəl hər iki partiya lideri tərəfdarları qarşısında öz qələbələrini elan etmişdi.
XalqTv.com