Xəbərlər

"Bu amillər Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına kömək edəcək"

  • 05 Apr 2019
  • 1935 baxış

Dövlət və özəl sektor arasında dialoqun sadələşdirilməsini Azərbaycanda investisiya mühitinin yaxşılaşması istiqamətində növbəti addım kimi qiymətləndirmək lazımdır.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O qeyd edib ki, ölkədə biznesin inkişafı ilə bağlı gözləntilər dövlət səviyyəsində sahibkarlığa göstərilən dəstək sayəsində özünü doğruldur:

"Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın bir çox sahələrində, biznesin şəffaflığında və maliyyə inklüzivliyində öz nəticələrini verir. Biznesin aparılmasının əsas qaydalarından biri şəffaflıqdır, ona görə də bu istiqamətdə optimal şərtlərin yaradılmasını birmənalı olaraq alqışlamaq lazımdır".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR