Xəbərlər

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Qarabağ qazisi.

  • 04 Apr 2019
  • 598 baxış

Dostlar var olsun!

Bineyi qədimdən belədir: Dost, dostunun uğuruna sevinər. Düşmən, paxıl isə içindən yanar. Milli mənəvi dəyərlərimizə daim dəstək olan internet mediasının əməkdaşları arasında İctimai Təşkilat olaraq bizə mənəvi dəstək göstərənlər var.Bu gün onlardan bəzilərinin adlarını qeyd edəcəm: "azertag"; "fact-info.az"; "xebertv.az"; "Dunyaxeber.az"; "asiya.info"; "medonline.az"; "miq.az" ; "versus.az"; "djb.az"; "qafqazmedia.az";"vetenperverler.az"; "musteqil.az";"azinforum" və s.
Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Səbail rayon İcra Hakimiyyəti, ADPU və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən, Dünya azərbaycanlılarının soyqırım günü, Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 26-cı, 2016-ci ilin aprelində baş vermiş 3 günlük savaşın 3-cü ildönümünə həsr edilən tədbir haqda xəbəri rəhbərlik etdikləri saytlarda yerləşdirən KİV əməkdaşlarına təşəkkür edirəm.Biz, birlikdə güclüyük.
Səmimi hörmətlə,
Shamil Sabiroğlu
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Qarabağ qazisi.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR