idman

Sünnət vaxtı 2 yaşlı uşaq öldü - FOTO

  • 04 Apr 2019
  • 521 baxış

Ev şəraitində sünnət olunan 2 yaşlı oğlan ölüb.

XalqTv.com nypost-a istinadla xəbər verir ki, bu İtaliyada son aylarda baş verən 3-cü ölümlə nəticələnən sünnət hadisəsidir.

İtaliyanın Genuya vilayətində evdə sünnət olunan 2 yaşlı oğlan qanaxmadan dünyasını dəyişib. Azyaşlı sünnət edən şəxsin səriştəsizliyinin qurbanı olub.

ANSA yazır ki, uşağın 25 yaşlı valideyni hadisə yerində təcili tibbi yardım çağırsa da, həkimlər gələnə qədər oğlan ölüb.

Azyaşlının Nigeriya əsilli anası saxlanılıb. Onun ölkə xaricində olan atası isə ölkəyə çağırılıb.

Emin
Milli.Az

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR