Hadisə

Bakıda avtomobilin vurduğu piyada evində öldü

Masya
Masya
  • 03 Apr 2019
  • 45923 baxış

Bakıda avtomobillə vurulan piyada evində ölüb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yeni yaşayış massivində yaşayan Həsənov Sait Xəlil oğlu idarə etdiyi "Hyundai Santa fe" markalı 90 KP 052 dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsi, Binəqədi yolu küçəsində yolu keçən piyada, 1978-ci il təvəllüdlü İsmayılov Binnət Məmməd oğlunu vuraraq hadisə yerindən qaçıb.

Yaralı kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü tapılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə nəticəsində xəsarət alan piyada B. İsmayılov aprelin 1-də evində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsi ilə cinayət işi başlanıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR