Şou Bİznes

"İnter" Devid Bekhemi məhkəməyə verir

  • 03 Apr 2019
  • 5875 baxış

Milanın "İnter" klubu yaradıcılarından biri İngiltərə millisinin keçmiş üzvü Devid Bekhem olan "İnter Mayami" klubunu məhkəməyə vermək niyyətindədir.

XalqTv.com calciomercato.com saytına istinadən xəbər verir ki, italyanlar Florida ştatını təmsil edən klubun əmtəə nişanı mülkiyyət hüququnu pozduğunu iddia edirlər.

Buna cavab olaraq MLS-dən bildiriblər ki, futbolda "İnter" termini geniş yayıldığı üçün istehlakçılar onu bir klubun adı ilə bağlamırlar.

Qeyd edək ki, "İnter Mayami" gələn mövsümdən MLS-də çıxış edəcək.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR