Xəbərlər

Sahibkarlara Xidmət və Biznes İnkubasiya Mərkəzi açıldı

  • 02 Apr 2019
  • 3595 baxış

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda "Sahibkarlara Xidmət" və "Biznes İnkubasiya" mərkəzləri fəaliyyətə başlayıb.XalqTv.com trend-ə istinadən xəbər verir ki, açılışda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu mərkəzin özəl sektorun inkişafına dəstək olacağını deyib.

O qeyd edib ki, dövlət iqtisadiyyatda özəl sektorun rolunun artırılması üçün əlindən gələni edir, eləcə də ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş kompleks tədbirlər reallaşdırır.

Nazir müavini əlavə edib ki, yeni açılan mərkəz vasitəsilə sahibkarlara, eləcə də innovativ ideyalara malik gənclərə dəstək göstəriləcək.

Onun sözlərinə görə, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş startapların reallaşdırılması üçün şərait yaradılacaq.

Tədbirdə mərkəzlərin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumat verilib.

"Sahibkarlara Xidmət" mərkəzində müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün hər cür şərait, o cümlədən qaynar xətt (012-310-23-00) yaradılıb. Mərkəz həmçinin, hüquqi, iqtisadi və digər məlumatların toplanması, bazar konyukturasının öyrənilməsi, müasir texnologiyaların və elmi-texniki yeniliklərin təbliği, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək.

"Biznes İnkubasiya" mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq. 

Sonra tədbir iştirakçıları mərkəzlər və burada göstərilən xidmətlərlə tanış olublar.

Tədbir çərçivəsində həmçinin, Sahibkarlığın İnkişafı Fondunun yeni formatda və dizaynda www.edf.gov.az saytının təqdimatı keçirilib. Bir sıra yeniliklərin edildiyi sayt vasitəsilə sahibkarlar Fonda video-müraciət edə bilərlər. Saytın həmçinin, mobil versiyası da yaradılıb.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR