Mədəniyyət

Muğam Mərkəzində Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuş konsert keçirilib

  • 02 Apr 2019
  • 86034 baxış

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar"  layihəsi  uğurla davam edir.

XalqTv.com xəbər verir ki, aprelin 1-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert  bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Xalq artisti  Teyyub Aslanov "Ay qəlbi kövrək", Əməkdar artistlər Almaz Orucova "Bir xumar baxışla", Zakir Əliyev "Süfrə nəğməsi", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Kamilə Nəbiyeva "Həyat söylə sən kiminsən", Sərxan Bünyadzadə "İlk sevgi", Zabitə Əliyeva  "Bir könül sındırmışam", Ayşən Mehdiyeva "Nəğməkar qız" və Rövşən Əziz " Küsüb məndən" mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan "Sənsən ürəyim  " Gülüstan Əliyeva, Almaz Orucova və Ayşən Mehdiyevanın ifasında səslənib.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov olub.

Konsert maraqla qarşılanıb və gur alqışlarla sona yetib.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq layihələri davam edir.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR