Xəbərlər

Sabah hava kəskin dəyişəcək -

  • 28 Mar 2019
  • 1598 baxış

Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XalqTV.com-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək.
 
Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
 
Martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Fasilələrlə yağış yağacaq.


XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR