Mədəniyyət

MƏDƏNİYYƏT Muğam Mərkəzində "Muğam- 2019" televiziya müsabiqəsi davam edir - FOTO

  • 16 Mar 2019
  • 44333 baxış

Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir

2019- cu il martın 14-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019" Televiziya Muğam Müsabiqəsi  davam edir.

Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.

Müsabiqənin başlanğıcında  Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinskinin yaradıcılığına nəzər salındı.  Cabbar Qaryağdıoğlunun "Şərq musiqisinin incisi" adlandırdığı Seyid Şuşinskinin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənildi. 

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR