Xəbərlər

Korrupsiyaya bulaşan 30-a yaxın gömrükçü hüquq-mühafizə orqanlarına təhvil verilib

Masya
Masya
  • 13 Mar 2019
  • 808 baxış

Gömrükdə çox böyük dəyişikliklər baş verib .

XalqTv.com modern.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov deyib:

"Son 1 ilin nəticəsi onu göstərdi ki, korrupsiya halına görə 30-a yaxın gömrük əməkdaşı hüquq-mühafizə orqanlarına təhvil verilib. Korrupsiya halları ilə bağlı daimi monitorinqlər aparılır. Belə hallar aşkarlanarsa, həmin əməkdaşlar gömrük orqanlarından uzaqlaşdırılır və qanun qarşısında cavab verirlər. Biz desək ki, bu gün bütün gömrük əməkdaşları insanlara mədəni xidmət göstərir, bu qeyri-səmimi səslənər. Amma əminliklə deyə bilərik ki, böyük əksəriyyət mədəni xidmət göstərir. Biz bütün əməkdaşlarımızın işini təkmilləşdirilməsi üçün seminarlar təşkil edirik. Məqsədimiz insanların məmnuniyyətini təmin etməkdir".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR