Xəbərlər
Bakıda bayram tonqalı ağacları yandırıb
Xətai rayonunda tonqal ağacların yanmasına səbəb olub
XalqTv.com ONA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospekti 2 ünvanında baş verib.
Yel çərşənbəsi münasibəti ilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb.
Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib.
Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.
XalqTv.com
RƏYLƏR