Şou Bİznes

Anasını Xərçəngdən itirdi

  • 13 Mar 2019
  • 1353 baxış

Yanvar ayında anası xərçəngdən vəfat edən aktrisa Hande Erçel çətin günlərindən danışıb. XalqTv.com İnfo12.az-a istinadən xəbər verir ki, aktrisa "Maria Claire" jurnalının mart sayına müsahibə verib. Hande Erçel ilk dəfə yanvıar ayında vəfat edən anası haqqında danışıb.Yaşadığı çətin günlərin öhdəsindən gəlməyə çalışdığını deyən Erçel "Əlbəttə ki, danışmağa üstünlük vermirəm. Lakin heç bir şey deməmək də yox saymaq təsiri bağışlayır. Günlərim içimdəki dərin dərdi yaşayaraq və bununla yaşamağı öyrənməyə çalışaraq keçir. İşləyərək həyata bağlanıram. Və təbii ki, ən böyük dəstəyim atamla bacımdır. İzaholunmaz bir duyğu və bir dərddir, Allah heç kəsə yaşatmasın. Çox darıxıram".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR