Xəbərlər

Azərbaycanın iki hərbi qulluqçusu qar uçqununa düşdü - FOTO

  • 08 Mar 2019
  • 1130 baxış

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

XalqTv.com BiG.AZ-a istinaden xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Unikal.org-a deyib ki, hələlik axtarışlar bir nəticə verməyib: "Əlavə nəsə deyə bilmərəm. Dünən verdiyimiz açıqlama kimi, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir".

XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR