idman
Məşhur qapıçı "Qızıl top" mükafatını qazandı
"Arsenal"ın çərçivə qoruyucusu Petr Çex vətəni Çexiyada "Qızıl top" mükafatına layiq görülüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper karyerasında 11-ci dəfə bu mükafata sahib çıxıb. Çexiyada "Qızıl top" ölkənin ən yaxşı futbolçusuna təqdim olunur. Onun qalibi yerli jurnalistlər arasında keçirilmiş səsvermənin nəticəsində müəyyənləşir. Bu mövsüm Çex "Arsenal"la İngiltərə Kubokunun qalibi olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR