SAĞLAMLIQ

Allergik təmas dermatiti və onunla mübarizə

  • 07 Mar 2019
  • 920 baxış

Allergik təmas dermatiti allergenə qarşı həssaslığı olanlarda allergenlə təmasda olarkən baş verir və müxtəlif kimyəvi maddələr dəriyə sensibilizator, yəni aşındırıcı təsir göstərir. Orqanizmin sensibilizasiyasının inkişafı xəstənin allergik reaktivliyindən, sinir və endokrin sistemindən asılı olaraq 5-7 gün, bəzən də bir neçə ay çəkə bilər.

XalqTv.com bildirir ki, allergik təmas dermatiti haqqında danışan Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: "Yumurta, sitrus meyvələri, çiyələk və digər allergik qidalara qarşı həssaslıq anadangəlmə də ola bilər. Daha çox yüksək həssaslıq allergenlə təkrar təmas zamanı başlayır və nəticədə orqanizmin monovalent sensibilizasiyası baş verir, ləng tipli allergik reaksiya və epidermis hüceyrələrində antigen-antitel kompleksi əmələ gəlir.

Onun əmələ gəlməsində iştirak edən amillər sənayenin inkişafı ilə əlaqədar olaraq çoxalır. Məsələn, kimyəvi boyalar, xaricə istifadə olunan müxtəlif preparatlar allergen təsir göstərə bilər.

Bununla yanaşı dermatitin əmələ gəlməsinə bioloji amillər də rol oynayır. Elə bitkilər var ki, fitodermatitlər əmələ gətirir. Fitodermatitlərin əmələ gəlməsində vacib rol oynayan bitkilərin tərkibində olan efir yağları alkaloidlər, terpen və xlorofillərdir. Həmin bitkilər qurudulanda da allergen təsirini saxlayır.

Məişətdə istifadə olunan qabyuyucu vasitələr, paltarları təmizləyən tozlar və bəzi maye sabunların da onun əmələ gəlməsində rolu var.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 611 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO