Xəbərlər

8 mart günü hava necə olacaq?

  • 06 Mar 2019
  • 4641 baxış

Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.

Bu barədə XalqTv.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Departament direktorunun sözlərinə görə, həmin gün arabir güclənən şimal küləyinin sürəti saniyədə 15-20 metr olacaq: "Günün birinci yarısında küləyin sürətinin 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR