Şou Bİznes

Afət: "Pulum da var, adamım da!"

  • 06 Mar 2019
  • 1849 baxış

Nəsiminin qəzəlinə mahnı oxuyan Afət Fərmanqızına efir qadağası qoyulması barədə xəbərlər yayılıb.

XalqTv.com ölkə.az-a istinadən bildirir ki, müğənni məsələ ilə bağlı İnstaqram səhifəsində açıqlama verib:

"Yalan yazanın ölüsü qəbirdə itlə yatsın. Kim ölüsünü söydürmək istəyirsə, yalandan yazsın. Mənə heç kim qadağa qoymayıb, qoya da bilməz! Pulumuz da var, adamımız da! Mənim haqqımda nahaq yazanın ölüsünə, disirisnə lənət! Hələ Nəsiminin 9 qəzəlinə də ərəb mahnısı oxuyacam! Yaxşı ki, mən varam, yoxsa səhifələr kimi paylaşardı. Məni deyirlər. Kimin duxu çatır, sözü üzümə desin, tülkü kimi gizli adla, monitor arxasında yazmasın! Efirlər bu dəqiqə zəng edir ki, gəl bu mahnını yenə oxu. Burada əleyhimə yazanlar, məni görəndə selfi üçün növbəyə düzülür. O boyda Rusiyada yaşayan azərbaycanlılar və vətənimdəki sevenlərim məni "podderjka" edir. Bəsimdi".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR