idman

Vidal Aleksisi "Bavariya"ya dəvət edir

  • 31 May 2017
  • 230 baxış

"Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidal həmyerlisi Aleksis Sançezi komandasına dəvət edir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisinin üzvü bunu jurnalistlərlə söhbətində deyib.

"Ona dedim ki, böyük komandaya qoşulmaq üçün yaxşı fürsət əldə edib. Əgər ən yaxşılarla müqayisə olunmaq istəyirsə, ən yaxşı kluba keçməlidir".

"Bavariya" Aleksisə illik 13 milyon avro məvacib ödəməyə hazırdır. "Arsenal" isə 28 yaşlı hücumçuya həftədə 275 min funt qazanmaq imkanı olan yeni müqavilə təklif edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR