Dünya

Bakı-2017: Fələstin - Oman matçında bərabərlik

  • 08 May 2017
  • 220 baxış

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışları davam edir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, B qrupunda Fələstin və Oman yığmaları qarşılaşıblar.

"AZAL Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib - 2:2.

Xatırladaq ki, bu gün saat 18:30-da "Bayıl Arena"da günün son matçı - Azərbaycan - Kamerun oyunu keçiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR