Xəbərlər

?Bakıda kütləvi bıçaqlaşma - VİDEO

  • 01 Mar 2019
  • 111484 baxış

Gecə saatlarında Bakıda, metronun "Azadlıq" stansiyası yaxınlığında kütləvi dava olub.

XalqtTv.com oxu.az-a istinadən xəbər verir ki,dava şəhərin Aydınbəyov küçəsində qeydə alınıb.

Belə ki, bir qrup gənc arasında baş verən söz-söhbət sonda qanla bitib.

Sözügedən davada, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, 1999-cü il təvəllüdlü Əliyev Zili, 1999-cu il təvəllüdlü Zeynalov Abbas bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarəti alıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan A. Zeynalova sağ budun kəsilmiş-deşilmiş yarası, M.Vəlizadəyə kəllə-beyin travması, sağ gicgah nahiyəsinin kəsilmiş yarası, Z.Əliyevə qarının ön divarının, Ə.Rzayevə isə sağ almacıq sümüyünün sınığı diaqnozu qoyulub. Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR