Xəbərlər

Əsəd Tehrana gəldi, Zərif istefa verdi - İRANDA NƏLƏR BAŞ VERİR?

  • 26 Feb 2019
  • 1946 baxış

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gözlənilmədən istefa verdiyini açıqlayıb.


"XALQ TV"-nin məlumatına görə, diplomat öz instaqram səhifəsində bununla bağlı paylaşım edib.

 

"Xarici işlər naziri olduğum müddətdə bütün nöqsanlara görə üzr istəyirəm. İran xalqına və məmurlarına öz təşəkkürümü bildirirəm" - deyə, Məhəmməd Cavad Zərif yazıb.

 

Qeyd edək ki, Zərif 2015-ci ildə İran və "altılıq" ölkələri arasında nüvə razılaşmasının əldə edilməsində vacib rol oynayıb. Bununla belə, o, ABŞ-nın nüvə razılaşmasından çıxması və nüvə razılaşmasına əsasən qaldırılmış sanksiyaları yenidən tətbiq etməsindən sonra çoxsaylı tənqidlərə məruz qalıb.


İran mənbələri ölkə prezidenti Həsən Ruhaninin istefanı qəbul etdiyini bildirir. Lakin bu barədə hələ ki, rəsmi açıqlama yoxdur. 


Ən maraqlısı isə odur ki, iranlı nazir Suriya prezidenti Bəşər Əsəd Tehranda səfərdə olarkən bu addımı atıb. 


Bəşər Əsədin İran rəsmiləri ilə görüşündə Zərifin iştirak etməməsi də gözlərdən qaşmayıb. 


Məsələyə İranın ali dini lideri Ayətullah Əli Xamneyinin də hansı reaksiyanı verəcəyi maraqla gözlənilir.


Politoloqlar hadisənin İran-Qərb münasibətlərinə ciddi mənfi təsir edəcəyini idiia edirlər, çünki Zərif ABŞ-la ölkəsi arasında "buzların əriməsinə" tərəfdar idi.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR