Xəbərlər

BMT helikopteri düsdü, ölənlər var - MÜBAHİSƏLİ BÖLGƏDƏ

Masya
Masya
  • 10 Feb 2019
  • 1621 baxış

SUDAN HELİKOPTER


Sudanda BMT-nin helikopteri qəzaya uğrayıb. Xalq TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə zamanı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.


Helikopterdə 23 nəfər olub. "Mi-8" helikopteri UNİSFA qərargahının yerləşdiyi əraziyə düşüb.


Hadisə ölkənin cənubunda - Abyei qəsəbəsi yaxınlığında qeydə alınıb. Adı çəkilən bölgə uzun illərdir Sudan və Efiopiya arasında mübahisəli ərazi kimi tanınır. Bu səbəbdən hadisənin terror aktı olduğu istisna edilmir.


Xatırladaq ki, Abyei bölgəsi neftlə zəngindir.


Xalqtv.ru

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR