Şou Bİznes

Amaliya Pənahovanın qəbirüstü abidəsi niyə qoyulmayıb?

Masya
Masya
  • 08 Feb 2019
  • 73 baxış

Xalq artisti Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsi hələ də hazırlanmayıb.

XalqTV.com unikal.org-a istinadən xəbər verir ki, ötən ilin noyabrında dünyasını dəyişən mərhum xalq artisti "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov diqqətə çatdırıb ki, qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur.

Meriyadan isə bildirilib ki, xalq artistinin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR