Baş məşqçisi britaniyalı futbolçunun Azərbaycana köçməsinə qarşıdır
Laffertiyə klubunda müntəzəm oynamaq lazımdı. Bunu onun özünə də demişəm.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
Təcrübəli mütəxəssis millinin hücumçusu Kayl Laffertinin gələcək karyerasından narahatdır. Azərbaycan və Qazaxıstan klublarından təklif aldığı deyilən Lafferti ilə görüşdüyünü deyən Onil ona məsləhətlərini verib.
Çalışdırıcı "Norviç"lə müqavilə müddəti başa çatan 30 yaşlı forvardın reytinqi aşağı olan çempionatlarda oynamasını istəmir. Onil yetirməsinin yığma karyerasını davam etdirmək üçün böyük ölkələrdə çıxış etməsinin vacibliyini vurğulayıb: "Karyeranda irəliləyişə nail olduqca maliyyə imkanların da artır. Lafferti "Norviç"in heyətində Premyer Liqada iştirak edib. Növbəti klub seçimi zamanı da pulu yox, daha çox oynamaq imkanını dəyərləndirməlidi. Kayl hələ də fiziki cəhətdən çox yaxşı vəziyyətdədi və daha 4-5 il yüksək səviyyədə çıxış edə bilər. Son üç ildi heç cür stabil futbol oynaya bilmir. Bu cür ssenari davam edəcəyi təqdirdə həm özünə, həm də yığmaya ziyan dəyəcək. Kayl özü də bu durumdan məmnun deyil. "Palermo"da işləri yolunda gedirdi və yenidən həmin ab-havanı yaxalamalıdı. Verəcəyi qərar karyerasının bundan sonrakı dönəmi üçün böyük önəm kəsb edir".
Qeyd edək ki, Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq. Britaniya təmsilçisinin heyətində Kayl Lafferti də Bakıya gələcək heyətdə yer alacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində