Hadisə

İt sahibini xilas etdi - VİDEO - FOTO

  • 24 Jan 2019
  • 15979 baxış

Təcili yardım maşınını görən köpək irəli qaçmağa başlayıb. O, sahibinin yerə yıxıldığı yerə çatanda durub. Bu minvalla köpək sahibini ölümdən xilas edib.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, olay Çinin şimalındakı Şansi vilayətində, Yunçen şəhərində yaşanıb.

Qızılı retiver cinsindən olan köpəyin sahibi səkidə yeriyərkən qəflətən huşunu itirərək yerə yıxılıb.

Yoldan keçənlər təcili yardıma zəng vurublar.

Yolun ortasında duraraq yardım gözləyən it həkimləri görəndə irəli qaçmağa və aradabir dönüb geri  baxmağa, təcili yardım maşınının onun arxasınca irəlilədiyini yəqinləməyə başlayıb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin: 
Преданный пёс сопроводил машину скорой помощи к своему, потерявшему сознание хозяину

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR