Xəbərlər

Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü - YENİLƏNİB - VİDEO

Masya
Masya
  • 24 Jan 2019
  • 15519 baxış

18:39

Xəbər verdiyimiz kimi, bu gün Qarabağ döyüşlərində şəhid olmuş Milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir etdiyinə görə məhkəməyə verilən Nərmin Şahmarzadənin məhkəmə prosesi olub. 

XalqTV.com bildirir ki, məhkəmə iclası insidentsiz ötüşməyib. 

İclasda iştirak edən Qarabağ qaziləri məhkəməyə etiraz ediblər. 

Onlar Nərminə cəza verilməsini tələb edərək, onun "mən erməniləri özümə düşmən bilmirəm" deməyinə narazılıqlarını bildiriblər.

Videonu izləmək üçün şəklə klikləyin:
Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü

12:16

22 yanvar 2019-cu il tarixində Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.

XalqTV.com oxu24.com-a istinadən xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov iddianı təmin etməyib və işə xitam verib.

Qeyd edək ki, idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR