Xəbərlər

Sadəliyi ilə Fərqlənən Qabaqcıl Təhsil Işcisi Nazilə Teymurqızı

Masya
Masya
  • 22 Jan 2019
  • 150 baxış

Abşeron rayon təhsil idarəsinin rəhbəri Nazilə Teymurqızı 1965-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini biririb. 2000-ci ildə 32 saylı məktəbin direktor müavini kimi işləyib. Sonra 2004-cü ildə 45 saylı məktəbdə direktor vəzifəsində çalışıb. 2017-ci ildə Abşeron rayon Təhsil idarəsinin müdiri kimi fəaliyyətə başlayıb. Bu gündə bütün Abşeronluların sevimlisinə çevrilib.
...Nazilə xanımı 45 saylı məktəbdə direktor olduğu vaxtan tanıyıram. Sadəliyi ilə diqqətimi çəkdiyindən həmişə ona xüsusi hörmətim olub. Məktəbin şagirdlərindən olan YaradanQuluyev qardaşlarına olan xüsusi qayğısı hələ də gözlərim önündədir. Onlara ana məhəbbətini verən Nazilə xanım demək olar ki,şagirdləri bir-birindən fərqləndirmirdi, hər birini öz dili ilə danışdırırdı.

Bu yaxınlarda 31 mart Azərbaycanlıların Soyqırım günü münasibəti ilə Nazilə xanımın təşəbbüsü ilə "Xocalı Soyqırımını Tanıtıma" İB-nın sədri Şamil Sabiroğlunun təşkilatçılığı ilə Qubada olduq. Onun bir daha sadəliyinə heyran qaldım. Məzarlığı ziyarətdən sonra hamının üzündə məyusluq ifadəsi sezilməkdə idi. Birdən Xocalı ailələrindən birinin "Mən heç Qusarda Şahdağda olmamışam" deməyi, bir anda avtobusun istiqamətini dəyişdi.Məlum oldu ki,Nazilə xanım Xocalı ailəsinin istəyini gerçəkləşdirmək istədiyi üçün avtobus Bakıya yox, Qusara Şahdağa qalxırdı. Bir şəhid ailəsinin arzusunu gerçəkləşdirməyi hər kəs bacarırmı?
Bu gəzinti Abşeron təhsil işçilərinin üzündə bir təbəssüm yaratmışdı və onlarında ürəyincə olmuşdu. Çünki məzarlıqdan sonra Nazilə xanım istirahətə vaxt ayırdı desəm heç də yanılmaram.Şahdağ bəyaz qardan bir bahalı libas geyinmişdi.Nazilə xanımın təşkilatçılığı ilə hər kəs kanatdan istifadə edərək Şahdağın zirvəsindən boylanaraq Tufandağa bir salam veriridilər. Ən əsası o idi ki, bir insanın arzusunu yerinə yetirərək Nazilə xanım çox insanların qəlblərini sevindirdi...
... Bu günlərdə Abşeron rayonuna yolum düşmüşdü.Və Nazilə xanımı ziyarət etmək qərarına gəldim. Onunla elə pilləkənlərdə görüşdük. Nazilə xanım məni həyətə çay süfrəsinə dəvət etdi. Süfrə başında bildim ki, Nazilə xanımın doğum günü imiş. Sadə insanın elə doğum günü də belə sadə olurmuş.
Deməli mənim də qismətimdə bu doğum günündə iştirak etmək var imiş. Birinci dəfə idi hədiyyəsiz doğum günündə iştirak edirdim və qərara aldım ki, rəhbərlik etdiyim "Qafqaz-Media" İB nin təsis etdiyi "Tomris" diplomu ilə,onu 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təşkil edəcəyim o möhtəşəm tədbirdə mükafatlandırım.
İndidən sizi təbrik etmək istəyirəm hörmətli Nazilə xanım.
İctimai xadim,qabaqcıl təhsil işcisi, hamının sevimlisi, zəhmətkeş ziyalı Nazilə xanım,doğum gününüz mübarək.



"Qafqaz-Media" İB sədri, XalqTV-nin icraçı direktoru,Prezident təqaüdcüsü Hacı Azadə Hüseynova.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR