Siyasət

Moldovanın müdafiə naziri istefa verdi

  • 31 May 2017
  • 232 baxış

Moldovanın müdafiə naziri vəzifəsini icra edən Georgi Qalbur istefa verib.

XalqTV.com report-a istinadən xəbər verir ki, məlumatı Moldovanın Müdafiə Nazirliyi yayıb. 
İnformasiyaya əsasən, 2016-cı ildə Anatoli Şalaru müdafiə naziri vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini birinci müavini Georgi Qalbur icra etməyə başlayıb.

Moldova prezidenti İqor Dodon hələlik G.Qalburun istefasını qəbul etməyib. Dövlət başçısı istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Moldovanın hakim koalisiyasında təmsil olunan Liberal Partiyanın hökumətdəki başqa üzvləri də istefa verdiklərini bildiriblər. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR