Xəbərlər

XalqTV ailəsi 20 yanvaer şəhidlərinin ziyarətində

  • 16 Jan 2019
  • 392 baxış

XalqTv ailəsi 20 yanvar 1990- cı ildə o Qanlı Gecənin şahidlərini - şəhid bacı, qardaşlarımızı, körpə balalarımızı və naməlum şəhidlərimizi ziyarət etməyi özlərinə borc bildilər.Çəkiliş ərəfəsində 12,18  saylı məktəblərin körpə fidanları - şagirdlərinin ifasında əvvəlcədən məktəbin müəllifləri tərəfindən maarifləndirici şeir kompazisyasını dinlədilər. Çox fərəhləndirici haldır ki, İlham, Fərizənin,20 yanvar şəhidlərindən xəbərdardırlar və böyüdükcə onların xatirlərində, yaddaşlarında qala biləcək.

XalqTv rəhbəri yazıçı Hidayət Möhnətov, icraçı direktor həkim,jurnalist Azadə Hüseynova və ailəmizin 50-yə yaxın üzvü şəhidlərimizin ruhuna HAcı Hidayət Şirvanlı başda olmaqla "Fatihə" surəsini hədiyyə etdilər və eyni zamanda veteranlar təşkilatının Səbail rayon şöbəsində QHT rəhbəri Mehriban Abdullayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etdik.İlk sözü Mehriban xanım QMİB sədri, XalqTv-nin icraçı direktoru,Prezident təqaüdcüsü Hacı Azadə Hüseynovaya verdi və Azadə xanım 19,20,21 yanvar 1990-cı ildə çalışdığı 13 saylı Birləşmiş şəhər xəstəxanasında növbətci həkim olaraq gördüyü dəhişətlərdən danışdı və arzu etdi ki, 20 yanvar şəhidlərimizin ruhuna hörmət olaraq Allahdan arzulayırıq ki, cinayətkarlar cəzasız qalmasın.Tədbirdə ATU-nun professoru Mübariz Allahverdi,xanəndə Ziba Hüseyova,QHT rəhbətlərindən Dünya Əliyeva 20 yanvar şahidlərindən əlil Güxsarə Bayramqızı və başqaları bu dəhişətli hadisədən danışaraq şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad etdilər.



XalqTv 

Mənsurə Həşimova


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR