Üz dərinizə belə qulluq edin - Ev şəraitində
Üz dərisi ilin bütün fəsillərində qulluq tələb edir.
XalqTV.com axşam.az-a istinadən ev şəraitində hazırlanan maskaları təqdim edir:
Quru dəri üçün maska:
1 ədəd yumurtanı çalın, üzünüzə sürtün. Üstündən bitki yağı çəkin. Maskanı quruyana kimi saxlayıb əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.
1 ədəd almanın qabığını soyun, xırda-xırda doğrayın, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub üzə maska edin. 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.
Nəmləndirici maska:
2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edin. Maskanı üzdə 20 dəqiqə saxlayıb ilıq su ilə yuyun.
Göz ətrafındakı qırışlar üçün maska:
Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb göz ətrafına çəkin.
Avokado, badam, nanə, jajoba, fenxel və neroli yağlarından 1-2 damcı qatıb gün ərzində 1-2 dəfə göz ətrafına çəkin.