idman

"Kobra" Pərvizin oğlu ilə boks şousu - VİDEO

  • 11 Jan 2019
  • 523 baxış

Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, "Qəbələ" İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu "Kobra" ləqəbli Pərviz Abdullayevin oğlu Yusiflə boks videoları yayılıb.

XalqTV.com publika.az-a istinadən xəbər verir ki, məşhur idmançı İnstaqram hesabında 5 yaşlı oğlu Yusiflə boks videosunu paylaşıb. Sosial şəbəkələrin sevilən ulduzuna çevrilən balaca Yusiflə atasının boks görüntüləri marağa səbəb olub.

Qeyd edək ki, məşhur idmançı İnstaqram-da oğlu üçün hesab açaraq mütəmadi olaraq onun videolarını paylaşır və onu məşq etdirir.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
Kobra Pərvizin oğlu ilə boks şousu

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR