Xəbərlər

Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı

  • 27 Dec 2018
  • 15934 baxış

Gədəbəydə müəllim intihar edib.

XalqTv.com oxu.az-a istinadən məlumatına görə, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov əl qumbarasını əlində partladaraq həyatına son qoyub.

Qeyd edək ki, Nemət Bayramov peşə liseyinin müəllimi olub.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Nemət Bayramov sonuncu dəfə ötən gün liseydə olub. 

Bu barədə sayta Gədəbəy peşə liseyindən məlumat verilib.

Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb: 

"Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir".

Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var: 

"O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR