Xəbərlər

Bakıda bəy-gəlin TIXACDA QALDI - TOYa gecikdilər - FOTO

  • 19 Dec 2018
  • 383 baxış

Bakının mərkəzində dünən axşam saatlarında yaranan tıxac yalnız evinə tələsənləri ləngitməyib.

XalqTv.com Milli.az-a istinadən xəbər verir ki, İstiqlaliyyət küçəsi 47-dən üzü Azneft dairəsi istiqamətində yaranan avtomobil sıxlığı gəlin maşınının dəqiqələrlə tıxacda qalmasına səbəb olub. Çarəsizcə yolun açılmasını gözləyən bəy və gəlinin içərisində olduqları avtomobil digər sərnişinlərin böyük marağına səbəb olub.

Axşam saat təxminən 7 radələrində sözügedən istiqamətdə baş verən həmin tıxacdan fotoları təqdim edirik.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR