Xəbərlər

BMM-da “Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyi” tədbiri keçirildi.

Masya
Masya
  • 08 Dec 2018
  • 130 baxış

Bu gün(08.12.2018)  XalqTV-nin efirində yayımlanan “Günü Bu Gün” adlı verlişi,2016-cı il aprel ayının 2-dən 5-nə kimi davam edən döyüşlərdə 90-na yaxın şəhid olmuş igidlərimiz arasında, şəhid Təbriz Musazadənin həyat yoldaşı,Pərişan Musazadə “Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyi” məhz şəhid ailələrinin təhsilinə kömək məqsədi ilə açmağı qərara alması ilə bağlı tədbir keçirdi.Tədbirdə tanınmış jurnalistlərdən Rey Kərimoğlu,Ülviyyə,QHT sədlərindən Mətanət Əsgər qızı,Mehriban Zeynalova,Kəmalə Ağazadə və XalqTv-nin rəhbəri Hacı Hidayət Möhnətov və XalqTv-nin İcraçı direktoru,QMİB-nin sədri,Prezident təqaüdcüsü Hacı Azadə - Taleh Abbas qızı çıxış edərək hər an şəhid ailəsi, yeni yaranan QHT-nin sədri, Bakı-İstanbul liseyinin pedaqoqu Pərişan Musazadənin yanında olacaqlarını bildirdilər. Bakı-İstanbul liseyinin direktoru Zeliha Abdullayeva çıxışında Pərişan Musazadə haqqında xüsusi olaraq qeyd etdi ki, “Pərişan həm savadlı müəllimədir, həm də təşkilatçıdır və biz heç vaxt onu tək buraxmayacağıq”.

Hamılıqla Pərişan Musazadəni dəstəkləyir,ona bu çətin və şərəfli işində uğurlar arzulayırıq.

Allah cəmi şəhidlərə rəhmət etsin.

 

Tədbirin ekskuliziv çəkilişi XalqTV-yə məxsus idi.


   

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR