Xəbərlər

Azərbaycanda tanınmış cərrah iş başında öldü

  • 04 Dec 2018
  • 10366 baxış

Gəncə şəhərində tanınmış cərrah xəstəxanada ölüb.

XalqTv.com report-a istinadən xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın həkim-cərrahı, 61 yaşlı Adnan Xaliq oğlu İsmayılov bu gün dünyasını dəyişib. 

O, işə getdikdən bir müddət sonra otağında qəflətən halı pisləşib. Dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.İsmayılovun ürəyində yaranmış problem səbəbindən öldüyü bildirilir.

Qeyd edək ki, A.İsmayılov 20 ildən çoxdur həkim-cərrah kimi fəaliyyət göstərib.

O, bir müddət Abbas Səhhət adına 1 saylı Xəstəxananın Cərrahiyyə şöbəsinin baş həkimi də işləyib.

Ailəli olub və 2 övladı var.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR