Xəbərlər

EkoAvrasiya Ankarada Beynəlxalq Konfrans keçirib.

  • 30 Nov 2018
  • 159038 baxış

EkoAvrasiya  Ankarada "Türkiyə - Ukrayna Münasibətlərində Strateji Yol Xəritəsi" adlı Beynəlxalq Konfrans  keçirib.

Ankarada, Türkiyə ilə Ukrayna arasındakı stratejik yol xəritəsinin inkişaf etdirilməsi üçün mühüm rollar oynayan Konfrans keçirilib. Protokol çıxışları ilə başlayan proqram, mütəxəssis qonaqlar və alimlərin danışdığı sessiyalar ilə davam edib.

 ANKARA- Ülkər Piriyeva (JUHİ)

Türkiyə ilə Ukrayna arasındakı strateji  əlaqələrin inkişaf etdirilməsi məqsədilə planlaşdırılan konfrans, Ankara Keçiörəndə çoxsaylı dəvətlilərin iştirakı ilə baş tutdu.

Ukrayna Ankara Səfirliyi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) və Keçiörən Bələdiyyə Sədri tərəfindən birgə həyata keçirilən "Türkiyə - Ukrayna Münasibətlərində Strateji Yol Xəritəsi" adlı konfransda, TBMM Ankara Millət Vəkili Yıldırım Toğrul Türkeş, Ukrayna Ankara Səfiri Andrii Sıbiga, Türkiyə Cümhuriyyəti Kiyev Səfiri Yağmur Əhməd Güldere, Keçiörən Bələdiyyə Başqanı Mustafa Ak, EkoAvrasiya Sədri Hikmət Ərən, EkoAvrasiya sədr müavini Kemal Kurnaz Və  bir çox rəsmilər ilə akademiklər iştirak edib.

Konfransda Türkiyə ilə Ukrayna arasındakı iqtisadi, sosial, siyasi və mədəni əlaqələrin mövcud potensialı, iştirakçılar tərəfindən müzakirə edilərək bölgə sabitliyinə verəcəyi töhfələr müzakirə olunub.

Konfrans, saat 11:00 etibarilə açılış və protokol çıxışları ilə başladı. Açılış çıxışlarında, Hikmət Ərən (EkoAvrasiya İdarə Heyətinin Sədri), Rasim Bekmezci (DEİK Türkiyə - Ukrayna İş Şurasının Sədri), Mustafa Ak (Keçiörən Bələdiyyə Sədri), Yağmur Əhməd Güldere (T.C. Xarici İşlər Nazirliyi Kiyev Səfiri), Andrii SIBİGA (Ukrayna Ankara Səfiri), Polad Türkmən (Türkiyə Böyük Millət Məclisinin Zonguldak Deputatı) və Yıldırım Toğrul Türkeş (Türkiyə Böyük Millət Məclisinin Ankara Deputatı -Türkiyə Ukrayna Parlamentlərarası Dostluq Qrupunun Sədri) söz aldı.

Protokol çıxışlarından sonra, saat 12:00 də başlayan sessiyada, sessiya sədri EkoAvrasiya Akademik Heyətinin Üzvü Kərim Gözdə Kılıç Yaşın icra edib. I Sessiyada, müəllimlər: Professor Doktor Toğrul İsmayıl və Professor Doktor Bahəddin Türetken, Ukrayna Sənaye və Ticarət Palatası Sədr Müavini Sergii Sivystil və İqtisadiyyat Eksperti İqor Gujva iki ölkə arasında iqtisadi əlaqələri müzakirə ediblər.

Saat 14:00 etibarı ilə başlayan ikinci sessiyada, Dünya Krım Tatar Konqresi Sədr Müavini, Krım Dərnəyi Ümumi Başqanı Mükrəmin Şahin, Ankara Ukrayna Dərnəyinin Sədri Dr.Yuliya Biletska, QAFQAZ İdarə Edim Qurulu Başqanı Həsən Oqtay, Keçiörən Bələdiyyəsi Xarici Əlaqələr Müdiri Mustafa Vasitə və Ukrayna Qaqauz Dərnəkləri Başqanı Vasyl Kelıoglo danışıqlarını keçirib.

İlk olaraq çıxış edən Ekoavrasiya İdarə Heyətinin Sədri Hikmət Ərən azad ticarət razılaşmalarına önəm verdiyi çıxışında- "1991-ci ildən bəri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədəolduğunu, iki ölkenin, bugüne qədər heç bir sıxıntı yaşamadığını, 2011-ci ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmişdir  deyə ifadə edib. Bir neçə gün ərzində strateji yol xəritəsini ictimaiyyət ilə bölüşəcəyik. 4 milyard dollar olan ticarət dövriyyəmizin, 10 milyard dollara çıxmasını, növbəti prosesdə də Ukraynadan Türkiyəyə gələn turist sayının 2 milyon olmasını istəyirik. Rusiya, Krım torpaqlarını haqsız bir şəkildə işğal etdi. Qara dənizin sülh dənizi olmasını istəyirik. Krımın haqsız işğalını tanımırıq. Krımın azadlığına qovuşacağına inanırıq. Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Proqramın keçirilməsində əməyi keçən hər kəsə çox təşəkkür edirəm", ifadələrini bildirib.

DEİK Türkiyə-Ukrayna İş Şurasının Sədri Rasim Bekmezci: "Türkiyə-Ukrayna İş Şurası adından hamınızı salamlayıram. Bu il diplomatik münasibətlərimizin 100-ci ilini qeyd etdiyimiz qonşumuz Ukrayna bölgədə qərar verici bir ölkədir. Ukraynada çalışan 4 dənə nüvə enerji stansiyası var. Bu stansiyalar ölkənin enerji ehtiyacının 50%ni qarşılayır. Ukrayna ilə olan əlaqələrimizin daha da artacağına inanıram"deyib.

 Ankara Ticarət Palatası Məclisinin Sədri Mustafa Deryal isə, "Türkiyə Ukraynanın, Ukraynada Türkiyənin ən yaxın dostlarındandır. Kerç Boğazındakı sıxıntının da dinc yollarla həll ediləcəyinə inanıram. Türkiyənin Ukraynadakı investisiyaları 311 milyon dollara çatmışdır. Xarici investisiyaları da, saysaq 3 milyard dollara yaxın bir məbləğ var. Ukrayna ilə imzalanacaq sərbəst ticarət müqaviləsi, iki ölkə arasında ticarəti daha da artıracaqdır" sözlərini dilə gətirdi.

Keçiörən Bələdiyyə Başqanı Mustafa Ak: "Sizləri Keçiörəndə salamlamaqdan məmnunluq duyuram. Ticarət, kültürel,siyasi və iqtisadi nöqteyi-nəzərindən bu forum əhəmiyyətlidir. Türkiyə-Ukrayna arasındakı münasibətlər dövlət başçıları səviyyəsində də çox yaxşı gedir. Hər bir qurum və təşkilat üzərinə düşəni etməlidir. Keçiörən Bələdiyyəsi də üstünə düşəni edəcəkdir. Beləliklə, şəhərlərarası diplomatiyanın də əhəmiyyəti böyükdür. Bu konfransın xeyrlərə vəsilə olmasını arzulayıram" bildirib.

Türkiyə Cümhuriyyəti yeni Kiyev Səfiri Yağmur Əhməd Güldere, Türkiyənin Krımı yaxından təqib etdiyini ifadə edərək bunları söylədi: "Nazirliyimizin adından hamınızı salamlayıram. Burada Krımlı qardaşlarımız var və Qaqauz Türkləri qardaşlarımız da var. Onları da salamlayıram. Türkiyə-Ukrayna münasibətləri keçmişdə necə yaxşı idi, indi də o şəkildə yaxşı gedir. İstanbulda keçirdiyimiz görüş çox uğurlu keçdi. Bu gözəl münasibətlərin, ticarət və iqtisadiyyata də əks olunmasını istəyirik. İki ölkə ticarət həcminin 2023-ci ildən sonra 10 milyard dollara əsaslanmasını gözləyir. Türk vətəndaşlarının yalnız kimliklə daxil olduğu 2 ölkədən biri Ukraynadır. Ukrayna, içində olduğu çətin proses içində belə islahatlarına davam edir. Bizim Ukraynaya dəstəyimiz tamdır. Türkiyə həm Donbas, həm də Krımı yaxından izləyir. Türkiyə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Kerç Boğazında xoşagəlməz hadisələr baş verdi. Nazirliyimiz, bütün hadisələri yaxından izləyir. Sözümü bitirərkən, milyonlarla Ukraynalının ölümü ilə nəticələnən "Holodomor adı verilən hadisədə həyatını itirənləri hörmətlə anıram".

Ukraynanın Ankaradakı Səfiri Andrii Sıbiga, dünən baş verən Rusiyanın Kerç boğazındakı təcavüzkarlığına aydınlıq gətirərək, "aranızda olmaqdan çox şadam. Bu gün burada, bu salonda həqiqi dostlarımız bir araya gəldi. Keçiörən Bələdiyyəsinə də çox təşəkkür edirəm. Öz çıxışımı başqa birinin danışığı dəyişdirsəm heç bir problem olmaz. Biz ibtidai və heç bir problemi olmayan iki ölkəyik. Qazan qazan formulunu tətbiq edirik. Təcrübələrimizi 2 xalqın xeyrinə istifadə edirik. Yeni təyin olunan Səfir Yağmur Bəyə danışıqlarına görə təşəkkür edirəm. O, çıxışında Holodomoru andı. Türkiyənin Ukrayna məsələsində dəyişməyən mövqeyi üçün təşəkkür edirik. Krım Tatarlarını hər zaman dəstəklədilər. Dünən Rusiyanın təcavüzünün şahidi olduq. Sizə bir neçə hadisəni danışacağam. Bu, Ukraynaya qarşı açıq təcavüzdür. Rusiya silah istifadə etdiyini gizlətmədi. 3 Ukrayna gəmisinə atəş açılıb. 6 əsgərimiz yaralı 2 nəfəri ağır yaralıdır.2014-cü ildə baş verənlərin təkrar olmaması üçün beynəlxalq cəmiyyətin reaksiyası çox əhəmiyyətlidir. Ukrayna ordusu tam hazır vəziyyətə gətirilib. Hərbi vəziyyət elan edilməsi Rusiyaya müharibə elan edilməsi anlamına gəlməz. Ukrayna hər gün əsgərlərini itirir. Türkiyənin mövqeyi üçün təkrar təşəkkür edirik. Türkiyə və Ukrayna münasibətlərinin inkişaf etdirilməsi üçün gözəl mexanizmlər yaradılıb. Demək ki, Türkiyə-Ukrayna əlaqələri ya gözəldir, ya da çox gözəldir. İki Prezident arasında çox gözəl münasibətlər qurulub. Xüsusilə, iqtisadi qarşılıqlı təsir çox əhəmiyyətlidir. İki ölkə arasında müəyyən layihələri həyata keçirmək üçün heç bir maneə olmur. Azad ticarət müqaviləsinin olmaması iqtisadi baxımdan iki ölkə təsir edir. Azad ticarət razılaşması orta və böyük miqyaslı iş dünyası qazanacaq. Bu saziş investisiya həcmini artıracaq. Pasportla ölkə səfəri iki ölkənin bir-birinə etimadını göstərir. Kiyevdə olan Yönet Can Tezelə təşəkkür edirəm. Türkiyədə daha çox Ukrayna, Ukraynada daha çox Türkiyə formulunu tapdı. Yeni təyin olunan Yağmur Bəyə çox təşəkkür edirəm. İştirak edən hər kəsə təşəkkür edirəm" ifadələrini istifadə etdi.

Türkiyə - Ukrayna Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri, TBMM-nin Ankara Millət Vəkili Toğrul Türkeş də həyata keçirdiyi qonuşmasında, "Türkiyə-Ukrayna münasibətlərinin daha da gözəlləşməsi üçün bir yerdəyik. Dünən bədbəxt bir hadisə baş verdi. Türkiyənin davranışı ən başından bəri açıqdır. Ukraynanın ərazi bütövlüyünə etdiyimiz hörmət bəllidir. Bu gərginliyin doğru bir şəkildə sülh içində başa çatdırılmasını arzu edirik. Yaralanan Ukrayna əsgərləri var. Onlara keçmiş olsun deyirik. Bizim qardaşlarımızın olduğu Krımın vəziyyəti bizim qəbul etmədiyimiz, heç bir şərtdə xoş görmədiyimiz bir vəziyyətdir. Krım Tatarlarının keçmişdə olduğu kimi məclislərinin çalışmasını və Krıma qayıtması yasaq olan liderlərinin Krıma qayıtmasını arzu edirik. Dostluq qrupuna TBMM-dən bütün partiyalardan müraciət olunub. Bu çox sevindirici haldır. Bu dostluq qrupuna bütün siyasi partiyalardan daxil olur". deyib.

Proqramın açılış çıxışlarının bu arzularla yekunlaşdığı və iclaslara keçildiyi qeyd olunub.

 Tədbirdə iştirakçılara sessiya çıxışının sonunda mükafatlar təqdim edilib. Mükafatlarda: "Avrasiya İqtisadi Münasibətlər Dərnəyi (EkoAvrasiya), Ukraynanın Ankaradakı Səfirliyi və Keçiörən Bələdiyyə Sədri tərəfindən birgə həyata keçirilən, Türkiyə-Ukrayna Münasibətlərində Strateji Yol Xəritəsi adlı Konfransın icra edilməsi prosesinə vermiş olduğunuz töhfələrdən dolayı, minnətdarlığımızı ərz edirik", ifadəsi yer alıb.




 

Ülkər Piriyeva (JUHİ)

ANKARA

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR