“Günü Bu Gün” İbrahim İlyaslının 55 illik yubileyinə həsr olundu.
28.11.2018- ci il tarixində
Mənsurə Həşimovanın təqdimatında XalqTV-nin efirində yayımlanan “Günü Bu Gün”
adlı verliş Xırdalan şəhərində yerləşən Sumqayıt Regianal Mədəniyyət İdarəsi
Abşeron Rayon Mədəniyyət Mərkəzində baş tutdu.Tanınmış şair, ,ictimai xadim İbrahim İlyaslının 55 illik yubileyi və yeni
çapdan çıxmış “Şair olmaq zülümdü” adlı kitabının imza gününə həsr olunmuş bu
verlişdə bir-birində dəyərli qonaqlar yer aldılar.
Həmin təqdimatın
açılışını Abşeron Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarından olan dəyərli
İlham müəllim etdi.
Sonra isə
o, həmin təqdimatın aparıclığını Türk Dünyası Gənc Yazarlar birliyinin
üzvü,şair Əkbər Qoşalıya verdi.Əkbər qoşalı da İbrahim İlyaslının bu günkü
günüylə bağlı öz ürək sözlərini və təbriklərini bildirdi.
İmza
gününə təşrif buyuran qonaqlar arasında Abşeron Rayon MKS-nin direktoru,şairə,AYB
üzvü Məlahət Yusif qızı,AYB Abşeron Bürosunun sədri Şəhla Ağbulud,Azərbaycan Televiziyası
radiosunun əməkdaşı Kamil Məhərrəm oğlu,vətənpərvər mahnıların mahir ifaçısı,dəyərli
müğənnimiz Şəmistan Əlizamanlı,meyxana ustadı Namiq Məna,son zamanlarda “Səni Deyirlər”
adlı mahnısıyla hər kəs tərəfindən sevilən İbrahim Əlizadə, öz ifa tərziylə
şeirlər söyləyən Xəzər Süleymanlı,bir-birindən dəyərli həm usatad, həm də gənc
aşıqlar və digər hörmətli qonaqlar yer aldılar.
Bu
qonaqlar arasında Məlahət Yusif qızı,Şəhla Ağbbulud,Şəmistan Əlizamanlı,Namiq Məna,Kamil
Məhərrəm oğlu və digərləri İbrahim İlyaslını təbrik etmək üçün səhnədə
çıxışlarından əlavə ,həm də XalqTv
mikrafonlarına öz ürək sözlərini bizim efirimiz vasitəsi ilə həm İbrahim Müəllimə
həm də XalqTv izləyiciləri illə bölüşdülər.
Səhnədə eyni
zamanda XalqTv-nin direktoru Hidayət Möhnətov və XalqTV-nin icraçı direktoru,QMİB
sədri, Prezident təqaüdcüsü Hacı Azdə Hüseynova da yer aldılar.Onlar XalqTV və
QMİB-nin birgə adından İbrahim İlyaslıya bu gün münasibəti ilə “Ustad Qələm”
diplomunu hədiyyə etdilər.
Tədbir boyunca maraqlı hadisələrdən söz açıb,bir-birində gözəl şeirlər, və mahnılar səsləndi.