Xəbərlər

Biz, deputat Adil Abış oğlu Əliyevi müdafiə edirik!

  • 28 Nov 2018
  • 15851 baxış

Biz, deputat Adil Abış oğlu Əliyevi müdafiə edirik!


Son günlər Azərbaycanın bəzi mətbu orqanlarında Milli Məclisin deputatı Adil Əliyevin fəaliyyətinə kölgə salmaq istəyən materiallar yayımlanır.Bu məlumatlar sifarişli olduğundan narahat olmaya bilməzdik. Əvvəla, Adil Əliyev Milli Məclisin deputatları arasında Azərbaycan dövləti və xalqına vicdanla xidmət edən 10-15 nəfərdən biridir. İkincisi, onsuz da Dövlət Başçısı cənab İlham Əliyevin humanistliyindən istifadə edərək  müəyyən qədər var-dövlət toplamısız.Xalqın ağır sosial duruma düşməsində çoxunuzun "payınız" var. Adil Əliyev isə Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə əllərindən gələni əsirgəmir. O, ölkəmizin uşaq və gəncliyinin sağlam ruhda böyüməsi üçün Respublika Kik-boksinq Federasiyasını yaradıb.Federasiyanın əməkdaşlıq etdiyi "Xocalı İdman Klubu"nda 70 nəfərdən çox qarabağlı uşaq və yeniyetmə ilə məşqlər pulsuz aparılır.Adil müəllim daim ön xətlə nəfəs alır,imanlıdır.

Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi mühüm ictimai-siyasi hadisə oldu.Mehriban xanım ölkənin ədalətlə idarə edilməsində cənab Prezidentə zəruri dəstək göstərir.Əminəm ki həm Cənab Prezident İlham Əliyev, həm də Birinci Vitse-prezident xanım Mehriban Əliyeva deputat Adil Əliyev kimi xeyirxah və vətənpərvər insana qarşı aparılan çirkin kampaniyanın qarşısını alacaqlar.

Gəlin,mərdi qova-qova namərd etməyək.Biz, ölkədə fəaliyyət göstərən qeyri -hökumət təşkilatlarının rəhbərləri,Qarabağ qaziləri deputat Adil Əliyevə qarşı təşkil edilən sifarişli aksiyanı qətiyyətlə pisləyirik.Biz,dəyərli Adil Əliyevin yanındayıq.

Səmimi hörmətlə,

Şamil Sabiroğlu,"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri, "Tərəqqi" medalının mükafatçısı,müharibə veteranı;

Ayna Allahyarqızı,Birliyin Qadınlar Şurasının sədri;

Dilbər Sultanova, Birlik sədrinin müavini;

Zahid Qarayev,Birliyin Ümumi Yığıncağa hazırlıqla əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri,II dərəcəli müharibə əlili,ehtiyatda olan polkovnik-leytenant;

Hacı Ədalət Məhərrəmov, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili;

Əkrəm Bəydəmirli,"Sosial Rifah və Tədqiqatlar" ictimai birliyinin sədri, "fact-info.az" saytının baş redaktoru və başqaları.

Bakı,28.XI.2018.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR