Mədəniyyət

Bakıda X əl işləri festivalı açılıb

  • 23 Nov 2018
  • 1339 baxış

Bakıda X əl işləri festivalı açılıb

“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində X əl işləri festivalı açılıb.

XalqTv.com xəbər verir ki, festivalın keçirilməsində məqsəd dekorativ-tətbiqi sənətin müxtəlif növlərinin təbliği və inkişafı, bu sahədə fəaliyyət göstərən istedadlı şəxslərin üzə çıxarılması, gənclərin sənətə marağının artırılması, həmçinin gənc ustaların əl işlərinin cəmiyyətə təqdim edilməsidir.

Festivalda müxtəlif dekorativ-tətbiqi sənət nümunələri sərgilənir. Tədbirin qonaqları, həmçinin dekorativ-sənət növləri üzrə yaradıcılıq dərnəkləri və ustad dərslərində iştirak edə biləcəklər.

Festival iştirakçıları sənət nümunələrinin satıcısı da ola bilərlər. Bunun üçün satılan məmulatlar onların öz əllərinin məhsulu olmalıdır. Yarmarkanın daha bir özəlliyi məmulatların əvvəlcədən müəyyən olunmuş qiymətlərinin olmamasıdır. Alıcının xoşuna gələn əl işinin qiyməti onun özü tərəfindən təyin edilir.

Məlumdur ki, Yeni il hədiyyəsini seçmək heç də asan məsələ deyil. Şəhərimizin sakinləri və qonaqları üçün geniş çeşiddə əl işləri təqdim edən sənətkarlar bu məsələdə də sizə yardımçı olacaqlar. Burada həm məxsusi suvenir və aksessuarlar əldə etmək, həm də özünüzü dizayner kimi sınamaq imkanına malik olacaqsınız.

Məxsusi suvenirləri iki gün müddətində əldə etmək mümkündür.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR