Xəbərlər

İsmət Qayıbovun xatirəsinə

  • 20 Nov 2018
  • 16099 baxış

İsmət Qayıbovun xatirəsinə


Ölməzliyə qovuşdun,

Şəhidliyə ucaldın.

Azərbaycan xalqının

Xatirəsində qaldın.


Bu gün sənin adını

Daşıyan məktəb də var!

Iftixarla yad edir

Müəllimlər, uşaqlar.


Neçə alim, ziyalı

Bu məktəb yetirəcək.

Səni yaşadacaqdır

Nəsillər xatirətək!


Səmada ölən oğul,

Məkanın cənnət olsun!

Şəhidlərin adları

Bizə fəxarət olsun!




Hacı Azadə-Taleh Abbasqızı

20.11.2018

saat 02.49

Allah cəmi şəhidlərimizə rəhmət eləsin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR