Xəbərlər

Səmada ölənlər

  • 20 Nov 2018
  • 15847 baxış

Səmada ölənlər


Qarakənd göylərində

Vurulan təyyarəm, oy!

Şəhid olan oğullar,

Tofiq, İsmət, Məhəmməd,

Vaqif, Vəli, Zülfü, oy!

Necə alovlanmayım

Alı, Osman deyəndə?!

Nakam gedən igidlər,

Şəhidlər oyyy, şəhidlər!!!

Necə yada salmayım

Saylau Serikovu?

Qazaxıstan elinin

Qardaş qəlbli oğlunu???

Erməni yağıları!

Qurusun əlləriniz!

22 günahsıza

Necə qıya bildiniz???

Gözlərim qan yaş tökər

Yad etdikcə onları,

Yeriniz cənnət olsun,

Ey səmada ölənlər!

Azərbaycan yurdunun

Ey şəhid oğulları!

Günəşin doğduğu yer,

Günəşin batdığı yer

Sizin ölüm yeriniz!

Nə müqəddəs ölümdür!

Ey şəhidlər, şəhidlər!

Qayıbovun adını

Daşıyan məktəb bu gün

Fərəhlənir qəhrəman

Adı daşıdığıyçün!

Neçə gəncə nur verir,

Neçə gəncə yol verir!

Neçə alim, ziyalı,

Siyasətçi yetirir!

Qədirbilən xalqımız

Sizi unutmaz qəti!

Siz ey ölümsüzlüyün

Şəhidlik fəxarəti!






Hacı Azadə-Taleh Abbasqızı

20.11.2018

Saat 02.16-da

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR