idman

“Azəryol” ilk görüşünü qələbə ilə başa vurub

  • 19 Nov 2018
  • 396 baxış

“Azəryol” ilk görüşünü qələbə ilə başa vurub

“Azəryol” həndbol klubu qadınlar arasında Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku) turniri çərçivəsində “Ankara Yenimahalle BSK” komandasına qalib gəlib.

XalqTv.com Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsi 17:17 hesabı ilə başa çaıb. İkinci hissədə daha üstün oyun nümayiş etdirən “Azəryol” rəqibini 30:29 hesabı ilə məğlub edib.

Ankaranın THF İdman Kompleksində keçirilmiş ilk qarşılaşmanı Şerif Xhema və Besfort Yahyadan ibarət kosovolu hakimlər briqadası idarə edib. EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR