Xəbərlər

Azərbaycan Tibb Universitetində “Kosmetoloji Mərkəz” yaradılıb

  • 19 Nov 2018
  • 372 baxış

Azərbaycan Tibb Universitetində “Kosmetoloji Mərkəz” yaradılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının plastik və estetik cərrahiyyə şöbəsi nəzdində “Kosmetoloji Mərkəz” yaradılıb. Azərbaycanda ilk dəfə olaraq bu mərkəzdə “İnmode” texnikası tətbiq olunur.

Universitetin mətbuat xidmətindən XalqTv.com-a bildiriblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim-kosmetoloqu Nərgiz Səfərova şöbədə göstərilən xidmətlər haqqında məlumat verib.

Həkimin sözlərinə görə, şöbədə kosmetoloji mərkəzin xidmətlərinə ciddi ehtiyac olub: “Kosmetoloji mərkəzdə cərrahiyyə üsulu olmadan saç və qaş əkilməsi, xoruldamanın “Fotona” lazer aparatı ilə müalicəsi həyata keçirilir. Bundan əlavə, burada vaqinoplastika, lazerlə intim cavanlaşma, lipofilling, liposaksiya, inmode texnika, piy toxumalarının lazerlə götürülməsi, çapıqların və qoltuqaltı tərləmənin müalicəsi, genişlənmiş kapilyarların, dırnaq göbələyinin lazerlə aradan qaldırılması, bədən, üz dolğuları, saplarla əməliyyatsız üzün gərilməsi kimi prosedurlar icra olunur”.

N.Səfərova qeyd edib ki, hazırda Azərbaycanda “İnmode” texnikası yalnız Tədris Cərrahiyyə Klinikasında tətbiq olunur: “İynəli frakzional lazerdən ibarət olan bu texnikanın İstifadəsi çox rahatdır və bu avadanlıq sayəsində prosedurlardan sonra heç bir fəsad yaranmır”.

Kosmetoloji mərkəzdə prosedurlar Türkiyədə və Sloveniyada müvafiq kurslardan keçən yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR