Xəbərlər

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi

  • 18 Nov 2018
  • 16071 baxış

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdamrayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi.Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman MirzəyevQazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau SerikovAzərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.




Qəzanın səbəbləriRedaktə

Rusiyanın İTAR-TASS agentliyindən DQMV-nin komandirin xüsusi sahəsi istinadına görə, helikopter dumanlı havada qayalara çırpılmışdı.1991-ci ildə The New York Times-da nəşr olunan məqalədə qeyd olunur ki, helikopter heyətinin üzvü Sovet televeziyasına "biz heç nə görmürük" və "buludlar qatıdı" olduğunu deyib. Lakin istintaq zamanı, vertolyotda raket partlayışına müvafiq gövde deşikləri aşkar olunmuşdu.

Həmin qəzada həlak olanların dəfni 1991-ci ildə noyabrın 22-də Bakıda keçirilib

1991-ci il 20 noyabr faciəsində həlak olan şəhidlərimizin xatirəsinə  Xalq TV məkanında həsr olunacaq verliş elə həmin 20 noyabr tarixinə təsadüf edəcək.

Allahdan bütün şəhidlərimizə rəhmət,onların ailələrinə isə baş sağlığı diləyirik.


XalqTv

Mənsurə Həşimova.


 


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR