İqtisadiyyat

Turbin avadanlıqları üzrə təlim təşkil olunub

  • 15 Nov 2018
  • 417 baxış

Turbin avadanlıqları üzrə təlim təşkil olunub



“Nobel Oil” şirkətlər qrupuna daxil olan “Global Energy Solutions” (“Glensol”) şirkəti tərəfindən Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə turbin avadanlıqları sahəsində təlim və “dəyirmi masa” təşkil edilib.

Şirkətdən XalqTv.com-a bildirilib ki, “Nobel Oil” şirkətinin beynəlxalq tərəfdaşlarının ekspertlərinin iştirakı ilə iki günlük tədbirdə müxtəlif təqdimatlar keçirilib və təcrübə mübadiləsi aparılıb. Proqramın məqsədi turbin avadanlıqları sahəsində ölkədə və regionda innovativ texnologiyaların tətbiqinə töhfə verməkdir.

Tədbir çərçivəsində 100-dək iştirakçıya əcnəbi mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilib və “dəyirmi masa” müzakirələri aparılıb. Təlimdə SOCAR, BP və digər şirkətlərin nümayəndələri, eləcə də bir sıra ali təhsil ocaqlarından professor və tələbələri iştirak edib.

2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. “Glensol” regionda neft-qaz sənayesində turbin avadanlıqları üzrə texniki xidmət göstərən ilk yerli şirkətdir. Şirkət avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər iri şirkətlər onun müştəriləri sırasındadır.

“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

Şirkət həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. “Nobel Oil” və “Global Energy Solutions” şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR